TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Əliyar Yusif oğlu Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

O, ilk təhsilini kənd məktəbində alıb, 1979-cu ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Əliyar bir müddət Rusiyada Saransk Dövlət Universitetində müəllim işləyib. Daha sonra Qubadlıya qayıdıb və Dondarlı kənd məktəbində idman müəllimi kimi çalışıb.

Birinci Qarabağ müharibəsi başlayanda Əliyev könüllü ordu sıralarına yazılıb. O, Qubadlıda idman cəmiyyətinin üzvlərindən ibarət tabor təşkil edib. Bu səbəbdən onu “Pəhləvanlar taboru” adlandırırdılar. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a yaxın kəndini 4 gün ərzində ermənilərdən azad edilməsində iştirak edib.

Əliyevin son döyüşü 3 oktyabr 1992-ci ildə Laçının 2 kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev qəhrəmancasına şəhid olub. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Əliyar Əliyev ölümündən sonra 10 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

44 günlük Vətən müharibəsində Qubadlı işğaldan azad edildikdən bir müddət sonra Əliyar Əliyevin qəbirüstü abidəsi bərpa edilib.

2 COMMENTS

guest
2 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
4 Oktyabr 2022, 12:27

OHegigeten MILLI GEHREMANDIR

Anonim
Anonim
4 Oktyabr 2022, 12:28

SAKIR ZENGEZURLU

2
0
Rəy bildirinx