Bu gün Bakının Xətai rayonunda və Göyçayda qaz təchizatında fasilə yaranacaq. Bu barədə İnsanoid bu gün, 7 sentyabr tarixində “Azəriqaz”a istinadən xəbər verir.
Bu gün saat 10:00-dan “Keşlə” Qaz Paylayıcı Stansiyada (QPS) 4 ədəd istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də 2 ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə bağlı olaraq qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhərin, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.