TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Ballıqaya qətliamından 31 il keçir

Ballıqaya qətliamı Goranboy rayonunun Ballıqaya kəndində 1992-ci il avqust ayının 28-də səhər saat 5:00 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi tərəfindən törədilib.

1992-ci ilin yay aylarında, Laçın işğal olunandan sonra yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Onlardan olan 6 ailə heyvandarlıqla məşğul olmaq məqsədilə əlverişli olan Goranboy rayonunun Ballıqaya ərazisində məskunlaşıb.

28 avqust 1992-ci ildə erməni quldur dəstəsi əraziyə daxil olaraq 24 mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilənlərin əksəriyyəti uşaqlar və qadınlar olub. Onların arasında 6 nəfər azyaşlı uşaq, 1 nəfər altı aylıq körpə və 6 nəfər yaşlı şəxs olub.

Ermənilər sakinləri xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirmişdi. Həlak olmuş şəxslərin bəzilərinin meyitləri yandırılmışdı.

 

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx