Beynəlxalq Əlillər Günü

Bu gün Beynəlxalq Əlillər Günüdür

Hər il 3 dekabr tarixi Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu barədə İnsanoid xəbər verir.

Günün məqsədi əlilliyi olan şəxslərin hüquq və rifahı ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Bu gün biz əlilliyi olan insanların iş yerimizdə və cəmiyyət daxilində əldə etdiyi mühüm nailiyyətləri və töhfələrini etiraf edirik.

Onlar arasında idman sahəsində uğur qazananlar, öz şəxsi biznesini quraraq nailiyyət əldə edənlər az deyil. Bununla həmin şəxslər hər addımda motivasiyadan düşərək, məqsədinin arxasınca getməyənlərə dərs vermiş olurlar.

Fiziki sağlamlığı özünə əngəl görməyənlər arasında, öz əl işləri ilə bir çoxlarına sevinc bəxş edən Murad Məmmədov da var. O, təbii bitkilərdən aksesuarlar, bəzək əşyaları düzəldir. Hətta “Uğurun xəritəsi” adlı kitabın da müəllifidir.

Bu gün Beynəlxalq Əlillər Günüdür
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bu gün Beynəlxalq Əlillər Günüdür Bu gün Beynəlxalq Əlillər Günüdür

İdman sahəsində Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva fiziki imkanlarının çərçivələrini aşaraq bayrağımızı dəfələrlə beynəlxalq arenalarda yüksəklərə qaldırıb.

O, dövlət başçısı İlham Əliyev tərəfindən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu gün Beynəlxalq Əlillər Günüdür
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bu gün Beynəlxalq Əlillər Günüdür Bu gün Beynəlxalq Əlillər Günüdür

Və unutmayaq ki, əlillik insanın gündəlik həyatında müəyyən məhdudiyyətlər yarada, onu müəyyən çətinliklərlə üzləşdirə bilər, amma bu, onun ətraf aləmdən təcrid edilməsinə səbəb olmamalıdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx