TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Mehriban xanım 1988-1990-cı illərdə burada “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. O, 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

2004-cü ildən Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik edib və həmin il UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə o, “2005-ci ilin adamı” elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Mənbə:

  1. https://mehriban-aliyeva.az/site/biography
  2. https://president.az/az/pages/view/first-vice-president/biography
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx