TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün daha 25 ailə Zabuxa yola salınıb

Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Bu barədə APA 16 noyabr tarixində xəbər verib.

Noyabrın 16-da Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 25 ailə – 94 nəfər köçürülüb.

İndiyədək Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.