TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan 3 il keçir

27 oktyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri Bərdə rayonunun Qarayusifli kəndini növbəti dəfə atəşə tutmuşdur. Həmin gün düşmən tərəfindən Azərbaycanın Goranboy və Tərtər rayonları da hədəfə alınmışdır.

Ermənistanın hücumu nəticəsində Bərdə rayonunun Qarayusifli kəndinin sakinləri Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 7 yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olmuşdular, yeddi nəfər isə xəsarət almışdı. Həmin gün Bərdənin sakini – Əliyeva Almaz Salah qızı xəsarət almış, lakin ertəsi gün vəfat etmişdi.

İkinci Qarabağ müharibəsi zamanı Bərdə rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə atəşə tutulub. 2021-ci ildə Bərdənin Qarayusifli kəndində şəhid olanların xatirəsinə abidə kompleksi ucaldılıb.