TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün faşizm üzərində Qələbə Günündən 78 il ötür

9 may 1945-ci il SSRİ-nin alman faşistləri üzərində qələbəsi günü kimi tarixə düşüb.

Faşist Almaniyasının Şərq siyasətində Azərbaycana diqqət yetirilirdi. Qafqazın işğalı üçün tərtib edilmiş “Edelveys” adlı planda Bakı şəhərinin işğalı mühüm yer tuturdu. 16 iyun 1941-ci ildə Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra oranı hərbi məntəqəyə çevirəcək. Bakı neftinin Böyük Vətən müharibəsi zamanı böyük rolu olub. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməyə bilərdi. 1941-ci ildə Azərbaycanın tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub, bu isə SSRİ-də istehsal edilən neftin 71,4%-ni təşkil edib.

Müharibənin ilk günlərində 4 mindən çox azərbaycanlı könüllü cəbhəyə getmək məqsədilə hərbi komissarlıqlara müraciət edib. Böyük Vətən müharibəsi zamanı 600 mindən artıq azərbaycanlı vuruşub. Onlardan 170 mindən çox insan orden və medallarla təltif edilib, 130 azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

İkinci Dünya müharibəsində iştirak edən ən tanınmış azərbaycanlılar sırasında Həzi Aslanov, Ziya Bünyadov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Adil Quliyev, Gəray Əsədov, Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov və digər döyüşçüləri qeyd etmək olar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx