TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün “Günnüt” əməliyyatından 5 il ötür

2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında “Günnüt əməliyyatı” baş verib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi düşməndən azad olunub. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov şəhidlik zirvəsinə yüksəlib, bir neçə düşmən əsgəri məhv edilib.

26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində əlverişli yüksəkliklər olan Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı düşməndən geri alındı, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan ordusunun nəzarəti altına keçdi. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvandan Gorusa gedən avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Döyüşlər nəticəsində ümumi olaraq, 11 000 hektarlıq ərazi azad olundu.

Şərur şəhərindən 22 km məsafədə yerləşən Günnüt kəndi 1992-ci ildə erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış və əhalisi rayonun Mahmudkənd yaşayış məntəqəsinə köçmüşdü.

Prezident İlham Əliyev 2018-ci ilin mühüm hadisələri sırasında “Günnüt əməliyyatı”nı da qeyd edib. Bu hadisə 44 günlük Vətən müharibəsindən əvvəl torpaqlarımızın işğaldan azad olunmasının, Azərbaycanı böyük qələbəyə aparan yolun uğurlu başlanğıcı idi.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx