27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri cəbhəboyu genişmiqyaslı təxribat törətdi. Azərbaycan Ordusu isə cavab olaraq “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı.
İlk gündən Azərbaycan Respublikasının bir neçə rayonu və strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların sayı 2908, itkin düşmüş hərbi qulluqçuların sayı isə 6-ya çatmışdır. İkinci Qarabağ müharibəsi 30 illik işğala son qoydu.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda verilən statistikaya görə, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələri 547 dinc sakinə zərar vurmuşdur. Onlardan 93 nəfər həlak olmuş, 67 uşaq olmaqla 454 nəfər yaralanmışdır.
Hər il 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bu tarix 2 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən qəbul olunub.