TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Laçının işğal olunma günü deyil

Azərbaycan Respublikası Müdafiyə Nazirliyi Laçın barədə paylaşım edib. Bu barədə İnsanoid bu gün, 18 may tarixində xəbər verir.

Kiçik Qafqazda yerləşən, Narzan, İstisu, Turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngin olan qədim Azərbaycan torpağı Laçın 1924-cü ildə şəhər statusu almışdır.

1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycanda baş verən qarışıqlıqdan xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlayır. Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovmuşdur. Müdafiə xəttində boşluq yarandığından Elbrus Orucov rəhbərlik etdiyi qüvvələrə geri çəkilməyi əmr etmiş, lakin bu, orduda panikaya səbəb olmuşdu. Erməni qüvvələri Turşsu kəndini işğal edir və Laçına doğru irəliləməyə başlayır. Azərbaycanlı qüvvələr tank və PDM-lərlə rayon ərazisini tərk edir və 18 maya qədər Laçın boşaldılır.

Həmin gün Laçın şəhəri işğal edilir və yağmalanaraq yandırılır.

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır. Müharibə 10 noyabrda üçtərəfli bəyanatla sona çatmışdır. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılmışdır.

2023-cü il aprel ayının 26-da isə Laçın yolunda quraşdırılmış sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağı qaldırılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx