TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib

Bu gün Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib. Bu barədə 2 sentyabr tarixində Report məlumat verib.

Yarış Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil olunub. Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı şəxslər yarışda mübarizə aparıblar.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, nazirlik və federasiya rəsmiləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutan yarış ikinci dəfədir ki, Mingəçevirdə keçirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx