Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Bu barədə noyabrın 16-da AFFA məlumat yayıb.
2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olacaq.
Oyun Kişinyovdakı “Zimbru” stadionunda Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.