Bu gün “Qafqazın Xirosiması” adlandırılan Ağdamın işğaldan azad edilməsindən 3 il keçir.
2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun işğalına son qoyulmuşdur. Həmin Bəyanatın 2-ci bəndində Ağdam rayonunun 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılması qeyd olunmuşdur. Sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmışdır.
Ağdam 23 iyul 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir və 27 il işğal altında qalmışdır.