TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün “Qarabağ” “Bayer”lə gücünü sınayacaq

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək. Bu barədə İnsanoid bu gün, 26 oktyabr tarixində xəbər verir.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin III turunun matçına çıxacaq.

Ağdam klubu 1-ci dövrədəki son görüşündə “Bayer”lə qarşılaşacaq. İlk iki turda qələbələri sıralayan rəqiblərin qarşılaşması liderlərin dueli olacaq.

Bundesliqada da liderlik edən Xabi Alonsonun yetirmələri təkcə matçın deyil, Avropa Liqasının favoritlərindən sayılır. “Qarabağ” çətin rəqiblə görüşdən xalla dönmək üçün mübarizə aparacaq.

Avropa Liqası
Qrup mərhələsi
H qrupu, 3-cü tur
26 oktyabr 23:00. “Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Horatsiu Feşnik (Rumıniya)
Leverkuzen. “BayArena” stadionu