Bu gün, mayın 6-da Suqovuşanda ilk dəfə avarçəkmə üzrə “Prezident kuboku-2022” beynəlxalq turniri keçiriləcək. Bu haqda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat verib.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan kayak və kanoeçiləri iştirak edəcəklər.
Turnir saat 11:00-da start götürəcək. “Prezident kuboku-2022” mayın 7-də Mingəçevirdə başa çatacaq.