TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Xocavəndin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 31 il keçir

2 oktyabr 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən Xocavənd işğal olunmuşdur.

Birinci Qarabağ mühari­bə­si (1988-1994) zamanı Xocavənd rayonunda 145 nəfər şəhid olmuşdur. Onlardan 13-ü qadın, 13-ü uşaq idi. İşğal nəticəsində Xocavəndin 1723 yaşayış evi, 144 kənd təsərrüfatı obyekti, 17 təhsil müəssisəsi, 32 körpü, 10 tarixi abidə və 42 su anbarı ermənilər tərəfindən dağıdılmışdır.

Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir neçə yaşayış məntəqəsi İkinci Qarabağ müharibəsi zamanı – 9 oktyabr 2020-ci ildə azad edilmişdir.