TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Yevlaxda qaz təchizatında fasilə olacaq

Yevlaxda qaz təchizatı dayandırılacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 19 sentyabr tarixində məlumat verir.

“Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyasında aparılan təmirlə bağlı sentyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu müddətdə Yevlax şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra bərpası planlaşdırılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx