TÖVSİYƏ XƏBƏRLƏR

Bu günə qədər Qarabağa neçə avtobus reysi həyata keçirilib?

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 500-ə yaxın reys həyata keçirilib. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Bu barədə 9 dekabr tarixində Report məlumat verib.

Onun sözlərinə görə, bu reyslərlə 20 mindən çox sərnişin daşınıb.

Qeyd edək ki, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə biletləri link vasitəsilə onlayn rejimdə əldə etmək olar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx