TÖVSİYƏ XƏBƏRLƏR

Bu gündən müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

Bu gün saat 12:00-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi başlayır.

Bu barədə İnsanoid bu gün, 5 sentyabr tarixində Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.

Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Onlar sadəcə 4 vakant yer seçə bilərlər.

Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsi ləğv olunan şəxslər bu il təşkil edilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaqlar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx