Bu il 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, onlardan 12 mindən çoxuna ilkin, qalan hissəsinə təkrar əlillik təyin olunub. Bu barədə oktyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iclasda bildirib.
Eyni zamanda, 2 minə yaxın Vətən müharibəsi qazilərinə əlillik və sosial ödənişlər təyin olunub və bu proses davam edir. İndiyədək 143 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Hazırda digərlərinin də ölçüləri götürülür: “Mütəmadi olaraq bunun üzərində işlər gedir. Hər bir qazi yüksək texnologiyalı protezlə təmin olunacaq”, – bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini deyib.
Qeyd edək ki, ölkədə son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib. Nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı lazımi tədbirlər görülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.