TÖVSİYƏ XƏBƏRLƏR

Bu il 602 nəfər İİV-ə yoluxub

Azərbaycanda bu il 602 nəfər insan immunçatışmazlığı virusuna (İİV) yoluxub. Bu barədə oktyabrın 20-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Ümumilikdə 1987-ci ildən İİV diaqnozu təsdiq olunmuş 9 985 nəfər qeydiyyata götürülüb. Yoluxanların 7 114-ü kişi, 2 871-i qadındır.

Onlardan 3 542-sində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2 489 nəfəri hazırda dispanser qeydiyyatındadır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx