Bu il Azərbaycanda intihar edənlərin sayı açıqlanıb

2021-ci ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib. Bunu sentyabrın 10-da Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

O deyib ki, intihar hadisələrinin 115-i paytaxtda, digərləri isə respublikanın rayon və şəhərlərində qeydə alınıb.

İntihar faktları ilə bağlı aparılmış araşdırmalar nəticəsində bu səbəblər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkmə, narkotik vasitə və spirtli içkilərin aludəçisi olma, eləcə də, yaxın qohumlarını itirmə və başqa səbəblərə rast gəlinir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bu il Azərbaycanda intihar edənlərin sayı açıqlanıb”

Tövsiyə xəbərlər