TÖVSİYƏ XƏBƏRLƏR

Bu il Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə daha çox olub

Bu il noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6% artaraq 705 061 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, bunun 38 739-u ƏDV ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 11,7% çoxdur.

Hesabat dövründə təsərrüfat subyektlərinin sayı isə 3,1% artaraq 188 961-ə çatıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx