Bu il elmi dərəcə verilmiş şəxslər arasında qadınlar üstünlük təşkil edib. Bu barədə 8 sentyabr tarixində Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Fəlsəfə doktoru elmi dərəcəsi verilənlər arasında qadınların sayı 155, kişilərin sayı isə 94 nəfər təşkil edib.
Elmlər doktoru dərəcəsi verilən iddiaçıların isə 23 nəfəri kişi, 12 nəfəri qadındır.