TÖVSİYƏ XƏBƏRLƏR

Bu il Azərbaycanda yol qəzalarında 627 nəfər ölüb

Bu ilin yanvar-sentyabr aylarında 1 204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% az yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 17 noyabr tarixində Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2% azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1 034-ü isə yaralanıb. Hadisələrin 43,6%-i gündüz, 39,6%-i gecə, 16,8%-i isə toran vaxtı baş verib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.