TÖVSİYƏ XƏBƏRLƏR

Bu il Azərkosmos-un gəlirləri nə qədər olub?

2022-ci ilin sentyabr ayında Kosmik Agentlik (“Azərkosmos”) dünyanın 35 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bu barədə oktyabrın 31-də Report xəbər yayıb.

Ötən ilin eyni dövrünə nisbətən bu, müvafiq olaraq 9 ölkə az, 0,6 milyon ABŞ dolları çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon ABŞ dolları azdır.

Peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində 5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,9 milyon ABŞ dolları ilə Fransa, 3,3 milyon ABŞ dolları ilə Lüksemburq, 1,8 milyon ABŞ dolları ilə BƏƏ və 1,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx