Türkiyənin “BOTAŞ International Limited” şirkəti 2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından “Azəri-Çıraq-Günəşli” nefti daşıyan 190 tanker və ya 138,2 milyon barel neft yola salıb. Sentyabrın 13-də Trend bu barədə şirkətə istinadən məlumat verib.
Bugünədək terminaldan 3,709 milyard barel “Azəri-Çıraq-Günəşli” nefti nəql edilib. Ümumilikdə, Ceyhan neft terminalından “Azəri-Çıraq-Günəşli” yatağından neft daşıyan 4 849 tanker yola salınıb.
2021-ci ilin avqustunda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyəyə 16,614 milyon barel xam neft nəql edilib. Qeyd edək ki, 2020-ci ilin avqustunda bu göstərici 17,575 milyon barelə bərabər olmuşdur. Ötən ilin avqustu ilə müqayisədə 5,4 faiz azalma qeydə alınıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.