TÖVSİYƏ XƏBƏRLƏR

Bu il dövlət büdcəsinə 5,8 milyard manatdan çox vergi daxil olub

Cari ilin ilk 5 ayı ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5,8 milyard manatdan çox vergi daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% çoxdur. Proqnoza 149,3% əməl edilib. Bu barədə 13 iyun tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məlumat verilib.

Məlumata əsasən, hesabat dövründə qeyri-neft-qaz sektorundan daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8% artaraq 3,9 milyard manatdan çox olub.

Ödənilən vergilərin 67,3%-i qeyri-neft-qaz sektorunun, 32,7%-i isə neft-qaz sektorunun payına düşüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx