TÖVSİYƏ XƏBƏRLƏR

Bu il dronların və radioqəbuledicilərin ölkəyə gətirilməsi asanlaşdırılacaq

Bu il dronların ölkəyə gətirilməsi və radioelektron vasitələrin qeydiyyatı prosedurlarının sadələşdirilməsi planlaşdırılır. Bu barədə 27 yanvar tarixində Report rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin nazir müavini Rövşən Rüstəmova istinadən məlumat verib.

Rövşən Rüstəmovun sözlərinə görə, radioqəbuledicilərin ölkəyə gətirilib qeydiyyata salınması üçün sözügedən nazirliyin 3 qurumuna müraciət etmək lazımdır: “Həmçinin kənar qurumların da razılığı tələb olunur. Bu isə sahibkarların 2-3 ay vaxtını alır”.

“Mümkün qədər sadələşdirməyə getməyi nəzərdə tutmuşuq”, – deyə nazir müavini əlavə edib.