2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1300 mənzil və fərdi ev təqdim edilib. Bu barədə avqustun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə bu kateqoriyada olan şəxslər üçün 3 min fərdi ev və mənzilin verilməsi nəzərdə tutulub.
Avqustun 25-də prezidentin imzaladığı sərəncama əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri mənzillə təmin edilməlidirlər.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.