Yanvar-noyabr aylarında “Azərsu” ASC üzrə abonentlərin sayı 59 min artaraq 1 milyon 742 minə çatıb. Bu barədə 30 dekabr tarixində AZƏRTAC-ın mətbuat xidmətinin rəisi məlumat verib.
Dövr ərzində dövlət büdcəsi və daxili imkanlar hesabına 605 kilometr içməli su, 195 kilometr tullantı su xətləri inşa edilib, 6 anbar, 1 ədəd su, 4 ədəd kanalizasiya nasos stansiyası, 11 ədəd subartezian quyusu, 100 mindən artıq sayğac quraşdırılıb.
“Hazırda Bakı şəhəri üzrə 81,8%, ölkə üzrə isə 78,8% abonent 24 saat fasiləsiz su ilə təmin olunur”, – deyə nümayəndə bildirib.