Bu il “Virtual DOST mərkəzi” platforması istifadəyə veriləcək və bu da DOST xidmətlərindən ölkənin istənilən yerindən faydalanmaq imkanı yaradacaq. Bu haqda yanvarın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat verilib.
Eyni zamanda Bakı, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı şəhər və rayonlarında DOST mərkəzlərinin açılması üçün layihələndirmə və təmir-tikinti işləri aparılır.
Qeyd edək ki, ölkədə 1 DOST Agentliyi və 5 DOST mərkəzi fəaliyyət göstərir. 2021-ci ildə bu mərkəzlərdə 411 min vətəndaşa xidmət göstərilib. Xidmətlərin sayı 2019-cu ilin may ayından 30% genişlənərək 156-ya çatıb.