Cari ilin ilk altı ayı ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,1 milyard manatdan çox vəsait xərcləyiblər. Bu barədə 1 avqust tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi hesabatda deyilir.
Məlumata əsasən, 2021-ci illə müqayisədə xaricilər ölkəmizdə ikiqat çox pul xərcləyiblər. Belə ki, 2021-ci ilin müvafiq dövründə bu rəqəm 512,7 milyon manat, 2020-ci ildə isə 279,7 milyon manat təşkil edib.
Cari ilin iyun ayında əcnəbilər 203,6 milyon manat xərcləyiblər. Bu il ən çox vəsait isə yanvar ayında – 204,7 milyon manat xərclənib.