Bu il yeni doğulan oğlanlara ən çox Əli, qızlara isə Zəhra adı verilib

Azərbaycanda bu il doğulan körpələrə ən çox qoyulan adların siyahısı açıqlanıb. Bu haqda avqustun 11-də Ədliyyə Nazirliyi məlumat verib.

Ən çox qoyulan oğlan adları Əli (831), Yusif (821), Uğur (797), Hüseyn (791), Məhəmməd (593) olub.

Qızlarda isə Zəhra (912), Zeynəb (701), Məryəm (646), Aylin (645), Mələk (617) ən çox qoyulan adlardır.

Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bəzi valideynlər öz övladlarına ya cizgi filmlərində olan personajların ya da hansısa gülünc əcnəbi adların qoyulmasına təkid edirlər.

Nazirlər Kabinetinin qərarına əsasən, uşaqlara gülünc adların qoyulmasına yol verilmir. Vətəndaşların qoymaq istədiyi adlar qeydə alınmadığı halda məhkəməyə müraciət edə bilərlər.

Son 5 il ərzində oğlan uşaqlarına ən çox qoyulan ad Yusif (12 278), qız uşaqlarına qoyulan ad isə Zəhra (11 719) olub.

 

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx