Son 6 ay ərzində “860” Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 125 müraciət daxil olub. Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müraciət edənlərin 10 nəfəri 18 yaşadək, 63 nəfəri 18-35 yaş arası olanlar, 13 nəfəri isə 56 yaşdan yuxarı olan şəxslərdir.
Qeyd edək ki, şikayətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olub. 125 nəfərin 79-u partnyoru tərəfindən zorakılığa məruz qalıb.