TÖVSİYƏ XƏBƏRLƏR

Bu rayonlarda təbii qazın verilişində fasilə olacaq

Bu gün Bakının Xəzər rayonunun, Abşeron və Qazax rayonlarının bir hissəsinin qaz təchizatlarında fasilə yaranacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 6 sentyabr tarixində xəbər verir.

Bu gün saat 10:00-dan Abşeron rayonunun Hökməli qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və siyirtmələrin əvəzlənməsi, “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərində görüləcək təmir işləri və saat 10:00-dan “Əskipara-Qazax qolu” magistral qaz kəməri üzərində qaz tənzimləyici qurğunun quraşdırılması, siyirtmələrin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Abşeron rayonunun Hökməli qəsəbəsinin (tam olaraq), Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin (bir hissəsinin) və Qazax rayonunun (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx