Bugün Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22° isti, gündüz 26-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var”

Tövsiyə xəbərlər