Bugün Bakıda 24 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Bakıda 24 dərəcə isti olacaq”

Tövsiyə xəbərlər