Bugün Bakıda 35 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26°, gündüz 32-36° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Bakıda 35 dərəcə isti olacaq”

Tövsiyə xəbərlər