Bugün Bakıda 37 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25°, gündüz 33-37°, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq.

Dəniz suyunun temperaturu 25-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 34-39°, dağlarda gecə 12-17, gündüz  21-26° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Bakıda 37 dərəcə isti olacaq”

Tövsiyə xəbərlər