Bugün Bakıda hava küləkli olacaq, dağlıq rayonlarda şimşək çaxacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 30-da şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.

Dəniz suyunun temperaturu 25-27° isti olacaq.

Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Bakıda hava küləkli olacaq, dağlıq rayonlarda şimşək çaxacaq”

Tövsiyə xəbərlər