Bugün Bakıda və Abşeronda qısamüddətli yağış yağacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 25-də Bakıda və Abşeronda gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 32-34° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntı axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Bakıda və Abşeronda qısamüddətli yağış yağacağı gözlənilir”

Tövsiyə xəbərlər