Bugün Bakıda yağışlı hava olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan olacağı, şimal və şərq rayonlarında yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Bakıda yağışlı hava olacaq”

Tövsiyə xəbərlər