Bugün əlavə buraxılış imtahanı keçirilir

Bugün, sentyabrın 9-da daha öncə keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan baş tutacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan 9-cu və 11-ci sinif şagirdləri, eksternat qaydasında imtahan verənlər üçün nəzərdə tutulub və saat 10:00-da başlanacaq. İştirakçılar “buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edə bilərlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Qiymətləndirilmədə ümumi orta təhsil səviyyəsi üzrə 1057, tam orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur.

Kütləviliyin qarşısını almaq üçün şagirdlərə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. Bu vaxt onların buraxılış vərəqəsində göstərilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün əlavə buraxılış imtahanı keçirilir”

Tövsiyə xəbərlər