Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. İlk çıxışı 14 yaşında olub. 1971-ci ildə SSRİ Xalq artisti adını alıb.
Maqomayevin repertuarı 600-dən çox əsərdən ibarət idi. Musiqiçi XX əsrin əsas baritonu və SSRİ-nin ən parlaq simvollarından biri hesab olunur.
Dünya şöhrətli müğənni 2008-ci il oktyabrın 25-də dünyasını dəyişib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.