Bugünün hava proqnozu: Bakıda 26 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq.

Dəniz suyunun temperaturu 23-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugünün hava proqnozu: Bakıda 26 dərəcə isti olacaq”

Tövsiyə xəbərlər