Sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 28° isti olacaq.
Dəniz suyunun temperaturu 24-26° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.