TÖVSİYƏ XƏBƏRLƏR

Bugünün havası: Bakıda 36°, rayonlarda 38° isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 27-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.  şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-26°, gündüz 34-36°, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacaq.

Dəniz suyunun temperaturu 25-27° isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.