Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlini qoyublar.

Mərasimdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.


***

11:22

Bugün, sentyabrın 27-də Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu haqda Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

“İstiqlal zirvəsi” adlanan bu layihə memar Muxtar Ərturanın rəhbərliyi altında, yerli və türkiyəli mühəndislərin əməkdaşlığı ilə həyata keçiriləcək. Kompleks milli atributlarımızdan olan Aypara və Səkkizguşəli ulduz şəklində “Hərbi Qənimətlər Parkı”nın ərazisində inşa ediləcək.

Muzeydə “Soyqırım” adlanan zallar olacaq. Orada 7D sinema formatında “20 yanvar” və “Xocalı” hadisələrinin görüntüləri nümayiş olunacaq. Eyni zamanda kompleksdə şəhidlərimizin əbədi xatirəsinə həsr edilən hündürlüyü 30 metr olan holloqrafik məşəl yanacaq.

“Müəllifi olduğum layihə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi ifadəsi olacaq. Kompleksin hazırlanmasında əsas məqsəd Milli Qəhrəmanlarımız haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır”, – deyə memar Muxtar Ərturan qeyd edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin təməli qoyulub”

Tövsiyə xəbərlər